Qubada "Alma bayramı" başladı FOTOLAR, YENİLƏNİB

12 Oktyabr, 2019 14:50 | Sosial | Baxış sayı: 335
Alma bayramı
Alma bayramı

Bayram çərcivəsində yarışlar və konsertlər də olacaq

Quba rayon İcra Başçısı Ziyəddin Əliyev bayrama gələn qonaqları  gözəl meyvə bayramı münasibətilə təbrik edib, rayonda görülən işlərdən ətraflı  danışıb. Rayon rəhbərliyinin çıxışından sonra parad  başlayıb. Üç rəngli Azərbaycan bayrağının öndə gətirildiyi paradda Qubanın və ətraf Qusar, Xaçmaz rayonlarının meyvə məhsulları nümayiş olunub.

Paraddan sonra Heydər Əliyev adına şəhər və mədəniyyət və istirahət parkında Qubanın və ətraf rayonların milli mətbəx nümunələrinə, almadan hazırlanan təamlara və müxtəlif sərgilərə baxış olub. İsti lavaş və Quba lüləsi və kababının dadına baxa-baxa, Quba paxlavasından çay içə-içə qonaqlar rəngarəng konsert proqramına tamaşa ediblər.

Xatırladaq ki, bu gün həm də ən böyük  alma nominiyasının qalibləri də  məlum olacaq. Qubanın 6 cı alma bayramında 15 mindən artıq insanın iştirak etdiyi bildirilir və axşam saatlarınadək bu rəqəmin artacağı gözlənilir. 

Saat 12:06

Bu gün Quba rayonunda "Alma bayramı" başlayıb. İstiPress-in Şimal bürosunun məlumatına görə, tədbir Quba şəhərindəki Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında təşkil olunub.

Tədbir Azərbaycanın Dövlət Bayrağı və avtomobillərin üzərində almalardan hazırlanmış bəzəkli köşklərin möhtəşəm keçid-paradı ilə başlayıb.

Parkın ərazisində qonşu rayonların da iştirakı ilə sərgilər, ayrı-ayrı xalqlara məxsus mətbəx nümunələri, almadan hazırlanmış müxtəlif növ təamlar, kompozisiyalar nümayiş etdiriləcək. Bayram çərcivəsində müsabiqələrin keçirilməsi, konsert proqramı da nəzərdə tutulub. 

Qeyd edək ki, “Alma bayramı” 2012-ci ildən etibarən keçirilir.