Binədəki qəzadan sonra qərara almışıq ki...

12 Oktyabr, 2018 11:56 | Sosial | Baxış sayı: 55
Dəmiryolu
Dəmiryolu

Azərbaycan Dəmir Yolları avtomobil və qatar yolları ilə bağlı qərar verib

"Binədəki qəzadan sonra qərara almışıq ki, avtomobil yolu ilə dəmir yolunun eyni olduğu ərazilərdə onların birinin səviyyəsini dəyişək. Bu isə körpü və yaxud tunel vasitəsilə ola bilər”. Bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib.

O, bildirib ki, Bakı-Sumqayıt dairəvi yolunda bir tərəfə yolun uzunluğu 42 km, əks istiqamətdə isə 47 km-dir. “Dairəvi yolda 14 stansiya olacaq. Yol 30 minə yaxın sərnişinin daşınmasına xidmət edəcək. Burada 7 cüt qatar işləyəcək. Onların sayı arta-azala bilər.

Bakıdan Sumqayıta qədər yeraltı-yerüstü keçidlərin sayı 20-yə yaxındır".