Bakıda sürüşmə, yol bağlandı

12 Oktyabr, 2018 12:41 | Sosial | Baxış sayı: 76
Yol təmiri
Yol təmiri

20-co sahədən keçən bəzi nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb

Bayılda Badamdar-20-ci sahə yolunda sürüşmə prosesi aktivləşib, bununla əlaqədar bu gün Badamdar-20-ci sahə və 20-ci sahə-Badamdar yolu bağlanılıb.

Bu gün baş nazirin müavini Hacıbala Abutalıbov başqa olmaqla, bır sıra dövlət orqanlarının nümayəndələri əraziyə baş çəkiblər. 

Bakının Səbail rayonu Badamdar şosesində (Badamdar-20-ci sahəni birləşdirən yol) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu səbəbdən 53 və 205 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib:

"Hazırda qeyd edilən marşrut xətləri üzrə avtobuslar 20-ci sahə adlanan əraziyə getmək üçün alternativ yollardan istifadə edirlər. Dəyişiklik Badamdar şosesində hərəkət bərpa edilənədək qüvvədə olacaq".