Bakı-Sumqayıt-Bakı qatarlarında dəyişiklik CƏDVƏL

12 Oktyabr, 2017 10:25 | Sosial | Baxış sayı: 77
İkimərtəbəli qatar
İkimərtəbəli qatar

07.01.2017-də təsdiq olunmuş hərəkət cədvəli bərpa olunacaq

Bakı-Sumqayıt-Bakı elektrik qatarının hərəkət cədvəli dəyişir. “Azərbaycan Dəmir Yolları” QSC-dən İstiPress-ə verilən məlumata görə, Biləcəri- Keşlə mənzilinin cüt yolunda aparılan təmir işlərinin başa çatması ilə əlaqədar olaraq, oktyabrın 16-dan Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının 07.01.2017-ci il tarixdə təsdiq olunmuş hərəkət cədvəli bərpa olunacaq.

Sərnişinlər Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər barədə məlumatı www.ady.az saytından  əldə edə bilərlər.