4 kişinin zorladığı müəllimə və təcavüz zamanı ölən qızlar

12 Oktyabr, 2017 15:14 | Sosial | Baxış sayı: 1014
İŞİD-ın qul kimi satdığı qadınlar
İŞİD-ın qul kimi satdığı qadınlar

"Əsgərin ətinin qaynar təndirdə "cızz" etdiyini eşitdim"

"Bir qıza 4 kişi növbə ilə təcavüz etdi". 

İstiPress-in məlumatına görə, bunu İŞİD terrorçularının əlindən xilas olan türkmən qadınlardan biri danışıb. Adı açıqlanmayan qadın 2014-cü ildə terrorçuların qurbanına çevrilib. 

Tikritin şimalındakı Əl-Alam qəsəbəsində yaşayan N.B şahid olduqlarını BBC-yə danışıb. Onun təhlükəsizliyi naminə adı və üzü gizli saxlanılıb. 

"Zorlamalar qurtaranda o yanımıza gəlirdi..."

"İŞİD həyatımıza girməmişdən öncə biz rahat yaşayırdıq. Ərim sünni ərəb, mən isə şiə türkmən idim. Ərim məsciddə imam idi və rayonun ən nüfuzlu şəxslərindən biri hesb edilirdi. Keçmişdə məzhəb ayrı-seçkiliyinin nə olduğunu belə bilməzdik". 

Lakin terrorçuların şəhərə girməsi ilə həyatı korlanan minlərlə ailədən biri də N.B-ninki olub. Qadının sözlərinə görə, əri ilə "Speicher" bazasındakı qətliamdan qaçan əsgərlərin xilas olmasına kömək ediblər. Onların bir qismini qadın paltarı ilə şəhərdən çıxarmaq mümkün olub. 

"Qaçanlar əsasən türkmənlər idi. Onlar mənim də türkmən olduğumu bilib bizə evə sığınmışdılar. Bir dəfə İŞİD evdə axtarışa gələndə əsgərlərdən birini isti təndirə saldıq. Onun ətinin necə "cızz" etdiyini belə eşitdim. Amma əsgər səsini çıxarmadı. Terrorçular gedən kimi onu çıxarıb yola saldıq".

Lakin bir gün ailənin türkmənlərə kömək etdiyindən xəbər tutan İŞİD üzvləri onların evinə basqın ediblər. "Üç gənci öldürdülər, ərimi isə özləri ilə apardılar. Bir daha ondan xəbər ala bilmədim. Növbəti gün evimiz bombalandı. Bir nəfər evimizə gəlib - "Sən hədik edirsən. Demək, Hüseyni sevirsən. Bunun acığını səndən çıxacağıq" dedi və məni, evimdə qalan müəllimləri, uşaqlarımı, həyat yoldaşımın ilk evliliyindən olan gənc qızını apardılar. 

Başqa yerdən gətirdikləri qadınlarla birlikdə bizi bir qaraja apardılar. Orada bizi evli və subay olaraq qruplaşdırdılar. Beş gənc qız var idi. Gözümüzün önündə onları zorladılar. Qızlar mənə sığınıb kömək istəyirdilər. Mən bədənimlə onlara sipər olub terrorçulara "bunlar bakirə deyillər, evlidirlər" deyə yalvarmağa başladım. Amma inanmadılar. Hətta məni də silahla vurdular". Qadının 18 yaşlı ögey qızı da təcavüzə uğrayanların arasında olub. Lakin gənc qız işgəncələrə dözməyərək həmin gün ölüb. 

İŞİD qurbanı deyir ki, yanlarındakı müəllim qızlardan biri olduqca gözəl olub. Ən çox zorlamaya məruz qalan da məhz o olub. "Təcavüz edilənlər bir-bir ölürdülər. Onlara təcavüz edənlərdən ikisini tanıyırdım. Bizim qonşumuz olan ərəblər idilər".

Qadınlar bu qaranlıq qarajda 21 gün qalıblar. Bu müddə ərzində onlara yemək belə verilməyib. İŞID-ın onlara nəzarət üçün təyin etdiyi yaşlı bir kişi qadınların xilası olub.
"Zorlamalar bitəndə o yanımıza gəlir, bizə su verirdi. Bir gün bir keçi də gətirdi. Südünü uşaqlara içirdi".

Lakin bir dəfə terrorçular yenidən qadınları iki qrupa bölürlər. Gecə həmin yaşlı adam bizim yanımıza gəldi və "sizi sabah aparacaqlar, onlar gəlməmiş qaçın" dedi. Bizi yola qədər aparıb geri qayıtdı. Sonradan bizə kömək edən yaşlı adamı da terrorçular öldürdüyünü öyrəndik.

Beş gün çöllükdə piyada gəzdik. Yağış, palçıq... Yolda otları yedik. qadınlardan birinin körpəsi yolda, qollarımda öldü. Günlərlə ac-yarıçılpaq piyada gedəndən sonra Kərkükə çatdıq və xilas ola bildik".