Prezident yenidən qurulan məktəblərdə FOTOLAR

12 Sentyabr, 2018 10:37 | Sosial | Baxış sayı: 56
Prezident məktəbdə
Prezident məktəbdə

Dövlət başçısına görülən işlər barədə məlumat verilib

Bakının daha bir necə məktəbi əsaslı təmirdən sonra yeni tədris ilinə hazırdır. İstiPress-in məlumatına görə, prezident İlham Əliyev sentyabrın 12-də Bakının Nizami rayonunun Keşlə qəsəbəsindəki 227 saylı tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

Daha sonra dövlət başçısı daha sonra Bakının Səbail rayonunda Həbib bəy Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar liseydə və Nəsimi rayonunda general-leytenant Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbdə olub. Qreyd edilən təhsil ocaqlarında da yenidənqurma və əsaslı təmir aparılıb. 

Dövlət başçısına təhsil ocaqlarında  görülən işlər barədə məlumat verilib.

General-leytenant Kərim Kərimov adına 8 nömrəli tam orta məktəb
General-leytenant Kərim Kərimov adına 8 nömrəli tam orta məktəb
Həbib bəy Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar lisey
Həbib bəy Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar lisey