Prezident daha bir yola pul ayırdı

12 Sentyabr, 2018 08:46 | Sosial | Baxış sayı: 40
Yol tikintisi
Yol tikintisi

Bu dəfə Sabirabad əhalisi sevinəcək

Prezident İlham Əliyev daha bir rayaonun yolları ilə bağlı sərəncam verib. Bu dəfə Sabirabad rayonunun Dadaşbəyli–Çöl Ağaməmmədli–Xankeçən–Salmanlı avtomobil yolu inşa ediləcək. 

İyirmi iki min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Dadaşbəyli–Çöl Ağaməmmədli–Xankeçən–Salmanlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 15,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.