İşdən azad edilən direktor və müəllimlərin sayı

12 Sentyabr, 2018 17:11 | Sosial | Baxış sayı: 133
Məktəb
Məktəb

58474 manat məbləğində vəsaitin dövblət büdcəsinə qaytarılması təmin edilib

"2017/2018-ci tədris ilində aparılan monitorinqlər nəticəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 1 əməkdaşı, 10 təhsil müəssisəsinin rəhbəri, 20 direktor müavini, 9 müəllim, 1 kitabxana müdiri işindən azad edilib".

İstiPress-in məlumatına görə, bu sözləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbəri, nazir müavini Məhəbbət Vəliyeva deyib. 

Onun sözlərinə görə, bununla yanaşı BŞTİ-nin 2 əməkdaşı, 18 təhsil müəssisəsi rəhbəri, 32 direktor müavini, 54 müəllim, BŞTİ struktur bölmələrinin 6 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib:

"Bakı Şəhəri üzrə Təhsil İdarəsinin struktur bölmələrinin  30 əməkdaşı, 27 təhsil müəssisəsinin rəhbəri, 11 direktor müavini, 40 müəllimə xəbərdarlıq edilib.

Görülmüş tədbirlər nəticəsində 58474 manat məbləğində vəsaitin dövblət büdcəsinə qaytarılması təmin edilib".