Azərbaycanda yanğın - 1 nəfər öldü

12 Sentyabr, 2018 16:33 | Sosial | Baxış sayı: 62
FHN yanğınsöndürənləri
FHN yanğınsöndürənləri

Bina sakinləri yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə ediliblər

Mingəçevirdə 2 otaqlı ev yanıb.

İstiPress-ə FHN-dən verilən məlumata görə, ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1964-cü il təvəllüdlü Borisov Serqey Aleksandroviçin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.