Bu gecəyə diqqət

12 Sentyabr, 2017 13:48 | Sosial | Baxış sayı: 195
Günəşdə partlayış
Günəşdə partlayış

Geomaqnit qasırğası olacaq

Sentyabrın 13-də gecə saatlarında Yeri böyük təhlükə gözləyir.  İstiPress-in məlumatına görə, Günəşdə son 10 gündə baş verən güclü partlayaışların yerə təsiri hələ də davam edir.

Bu gecə növbəti geomaqnit qasırğası başlayacaq. Mütəxəssislər qasırğanın iki-üçüncü dərəcəyə (beş dərəcəsi var) uyğun olacağını açıqlayıblar. 

Günəşdə son 12 ilin ən güclü partlayışı sentyabrın 6-da olub. Son partlayış isə ayın 10-da qeydə alınıb. 

Bu günlərdə yeni partlayışların olacağı da istisna edilmir.