Şimalda bayram coşğusu

12 Avqust, 2019 15:09 | Sosial | Baxış sayı: 141
Qurbanlıq qoç
Qurbanlıq qoç

İmkansız, qurban kəsməyə imkanı olmayan insanları sevindiriblər

Şimal rayonlarında Qurban bayramı öz təmtəraqlı ilə qeyd olunur.

İstiPress-in şimal bürosunun məlumatına görə, bu gün səhər Quba, Qusar, Xaçmaz şəhərindəki məscidlərdə bayram namazı qılınıb, dövlətimizin möhkəmliyinə, əhalimizin əmin-amanlığına dualar edilib.

Yerli icra hakimiyyətləri isə imkansız, qurban kəsməyə imkanı olmayan insanları sevindirib. Quba icra başçısının müavini Səidə Abasova məlumat verib ki, bu gün Quba şəhərindəki 5 məscidə, xüsusi peşə məktəbinə (keçmiş uşaq kaloniyasına), Zərdabi qəsəbəsindəki internat məktəbinə xırda buynuzlu heyvanlar göndərilib ki, burada olanlar da qurban əti dadsınlar. Məscidlərə verilən heyvan əti isə ora ibadətə gələnlərə paylanılıb. 

Səidə Abbasovanın sözlərinə görə, bayramdan 2 gün əvvəl isə İH-nin xətti ilə rayon ərazisində bir neçə iribuynuzlu heyvan kəsilərək 450 nəfər imkansız vəziyyətdə olan insana, şəhid ailəsi və Qarabağ əlilinə paylanılıb. Rayonun iş adamları və xeyriyyəçi adamları da xırdabuynuzlu heyvan kəsərək 90 nəfər imkansız şəxsə paylayaraq onları sevindiriblər. Bu ənənə Qubada həmişə uğurla davam etdirilir. 

Qusarda isə şəhər məscidinə 3 iri buynuzlu mal kəsilib göndərilib. Qusar ih başçısının 1-ci müavini Şahid Fərəməzovun açıqlamasına görə,şəhərin 4 yerində isə kəsilmiş xırda buynuzlu heyvan əti yoldan keçən insanlara paylanılıb.

Xaçmaz İH başçısının müavini Bəxtiyar Osmanov deyib ki, Qurban bayramında şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və imkansız şəxslərə iki gün əvvəldən qoyun əti paylanılıb ki, bayram günü qazanları qaynasın. İh tərəfindən 320 nəfərə qurban payı verilib.