Moskva azərbaycanlıları Qurban bayramını qeyd etdilər - FOTO

12 Avqust, 2019 10:59 | Sosial | Baxış sayı: 52
Moskvada azərbaycanlıların bayram namazı
Moskvada azərbaycanlıların bayram namazı

Səhər saatlarından başlayaraq bayram münasibətilə bir yerə toplaşıb

Rusiyanın paytaxtı Moskva şəhərində Qurban bayramı qeyd edilib.

İstiPress-in məlumatına görə, azərbaycanlılar səhər saatlarından başlayaraq bayram münasibətilə bir yerə toplaşıb və bir-birilərini təbrik ediblər.

"Əhli Beyt" cəmiyyətinin sədri Nizami Baloğlanov bayram xütbəsində dünya müsəlmanlarını təbrik edərək Qurban bayramının İslam aləmində rolundan danışıb.

Digər çıxışçılar da Qurban bayramının möminləri Allah-Təala yolunda fədakarlıq etməyə dəvət etdiyini bildiriblər: "Qurbanın nə əti, nə də qanı Allaha çatır. Allah-Təalaya yalnız müsəlmanın fədakarlığı, Rəbbimizin yolunda malından keçməsi, öz nəfsini boğması və kasıbları düşünməsi vacibdir”.

Tədbir bayram namazı ilə davam etdirilib.

"Əhli Beyt" cəmiyyətinin sədri Nizami Baloğlanov "Report"a açıqlamasında deyib ki, Rusiya azərbaycanlıları adət-ənənələrini yaşadır və övladlarına təbliğ edirlər: "Rusiyada yaşayan soydaşlarımız adət-ənənələrinə, dövlətinə və millətinə bağlıdırlar. Bu gün bayram namazını qıldıq. İndi isə qurbanlıq üçün nəzərdə tutulmuş heyvan kəsimi məntəqələrinə gedirik. Moskvada qurban kəsmək üçün bütün şərait yaradılıb".