Bakıdan rayona toya getdi - restoranda öldü

12 Avqust, 2019 14:29 | Sosial | Baxış sayı: 146
Toy
Toy

Ölümün dəqiq səbəbi araşdırmalardan sonra bəlli olacaq

İsmayıllıda toyda ölüm hadisəsi baş verib.

İstiPress-in məlumatına görə, şadlıq saraylarının birində keçirilən toyda qonaqlardan biri – 1958-ci il təvəllüdlü Bakı şəhər sakini Xancanova Şahnaz Əfsər qızı qəflətən dünyasını dəyişib. Qadının meyiti müayinə olunmaq üçün “morq”a aparılıb. Ölümün dəqiq səbəbi araşdırmalardan sonra bəlli olacaq.

Faktla bağlı araşdırma aparılır.