Azərbaycanda fəaliyyət göstərən məscidlərdə Qurban bayramı münasibətilə bayram namazı qılınıb.
IstiPress-in məlumatına görə, bu gün saat 09:00-da Təzəpir və digər məscidlərdə qılınan bayram namazına minlərlə insan qatılıb.
Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar Azərbaycanda avqustun 12-si və 13-ü qeyri-iş günüdür.