"Azercell" abunəçilərinə xəbərdarlıq etdi: çətinliklər olacaq

12 Avqust, 2017 15:53 | Sosial | Baxış sayı: 781
Azercell
Azercell

Bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkündür

"Azercell Telecom" MMC abunəçilərinə xəbərdarlıq edib.

İstiPress xəbər verir ki, mobil operatorun göstərdiyi xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə aparılacaq təkmilləşdirmə işləri ilə əlaqədar olaraq, avqustun 15-də gecə saatları ərzində bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkündür.