Twitter-in işində ciddi problem yarandı

12 İyul, 2019 09:48 | Sosial | Baxış sayı: 32
Twitter
Twitter

ABŞ, Yaponiya, Qərbi Avropa, Cənubi Amerika və Rusiyada müşahidə olunur

Bütün dünyada istifadəçilər Twitter mikrobloq şəbəkəsinin işində problem yarandığından şikayət edirlər.

İstiPress "Downdetector"a istinadən bildirir ki, Bakı vaxtıilə saat 22.30-dan başlayaraq, sosial şəbəkənin nə web-versiyası, nə də smartfon üçün olan proqramları normal çalışır. Bir çox hallarda Twitter sadəcə olaraq, açılmır.

Nasazlıqlar ABŞ-da, Yaponiyada, Qərbi Avropada, Cənubi Amerikada və Rusiyada müşahidə olunur.

Nasazlıqların səbəbi hələlik məlum deyil.

Şirkət problemin olduğunu etiraf edib və əlavə məlumat verəcəyini bildirib.