Bakıdan rayona gedən avtobus yandı - FOTO

12 İyul, 2019 17:53 | Sosial | Baxış sayı: 282

Yararsız hala düşüb

Bakı-Quba yolunun Siyəzənin Yenikənd kəndi ərazisindən keçən hissəsində Qubadan Bakıya gedən mikroavtobus yanıb.

İstiPress-in məlumatına görə, Bakı sakini, 52 yaşlı Nəriman İsa oğlu Həsənovun idarə etdiyi "Mersedes"markalı mikroavtobusun mühərrik hissəsi qəfildən alışıb.

Avtobusdakı sərnişinlər dərhal təxiyyə olunub. Xəsarət alan olmayıb. Mikroavtobus isə yararsız hala düşüb.

Hadisə yerində FHN-nin Siyəzən Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları və Siyəzən xəstəxanasının təcili tibbi yardım briqadası işləyib.