Bakıda ən təmiz ət kəsilən yerlər açıqlandı ÜNVAN

12 İyul, 2018 12:53 | Sosial | Baxış sayı: 183
Qəssab
Qəssab

Qida Təhlükəsizliyi Agentliyi iki aylıq monitorinqi bitirib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi heyvan kəsimi məntəqələrində aparılan monitorinqlərin nəticələrini açıqlayıb. Monitorinq bu ilin mayından başlayıb. 

Monitorinqlər əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin olunması üçün mövcud vəziyyətin öyrənilməsi və mərkəziləşmiş ət kəsimi fəliyyəti ilə bağlı maarifləndirmə işlərini əhatə edir.

Aparılan monitorinqlər nəticəsində heyvan kəsimi ilə bağlı ölkə ərazisində mövcud vəziyyətin öyrənilməsi ilə yanaşı, regionlar üzrə vətəndaşların gündəlik ət təlabatının həcmi agentlik əməkdaşları tərəfindən araşdırılaraq müəyyən olunub. Araşdırmanın ilkin nəticələrinə uyğun olaraq Bakı, Sumqayıt şəhərlərndə və Abşeron rayonunda heyvan kəsimi üçün yararlı, baytarlıq-sanitariya normalarına cavab verən kəsim məntəqələrinin ünvanları aşağıdakı kimidir:

Bakı şəhəri üzrə heyvan kəsim məntəqələri

1.Fiziki şəxs Ağalarov Elşən Nurəddin oğluna məxsus iri və xırda buynuzlu heyvanların kəsim məntəqəsi - Ünvan: Bakı şəhəri, Binə qəsəbəsi, Xətai küçəsi 7

2. Fiziki şəxs Ucal Ergünə məxsus iri və xırda buynuzlu heyvanların kəsim məntəqəsi - Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küç.26

3. “Təbriz” kəsim məntəqəsi keşlə bazarının yanı - Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küç.36 A

4.“Qoc Ət ” Kəndli Fermer Təsərrüfatı MMC - Ünvan: Bakı şəhəri, Qaradağ ray, Lökbatan qəs, Ş.Xəlilov küç, 13

5.“ESE” MMC - Ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev pr. 92

6."AzMeat production " MMC - Ünvan: Bakı şəhəri, Zabrat qəsəbəsi, Babək küç 110

7."Az Protein Food Production" MMC - Ünvan: Bakı şəhəri, Buzovna qəsəbəsi,Albalı massivi

8. Fiziki şəxs Tamara Aslanovaya məxsus heyvan kəsim məntəqəsi “Oazis” restoranının yanı - Ünvan: Bakı şəhəri, Cəfər Xəndan 52 c

9.“AzərAqro” MMC - Ünvan: Bakı şəhəri, Nizami rayonu, 8-ci KM qəsəbəsi, Mehdi Abbasov küçəsi

10. “Aqrovest” MMC - Ünvan Bakı şəhəri Qaradağ rayonu Binə Ticarət mərkəzinin qarşısı

11. Fiziki şəxs Hüseynov Nəsimiyə məxsus heyvan kəsim məntəqəsi-Ünvan: Nizami rayonu Çobanzadə küc.63

12. Fiziki şəxs Əliyev Hamletə məxsus kəsim məntəqəsi -Ünvan: Bakı şəhəri Səbail rayonuGülbala Əliyev küc.20

Sumqayıt şəhəri üzrə heyvan kəsim məntəqələri

1.Fiziki şəxs Arif Hüseynova məxsus heyvan kəsim məntəqəsi- Ünvan: Sumqayıt şəhəri,Çerkassi küçəsi,46-cı məhəllə

2.”Mərcan” heyvan kəsim məntəqəsi - Ünvan: Sumqayıt şəhəri, Koroğlu prospekti

Abşeron rayonu üzrə hevan kəsim məntəqələri -

1." Səhliyalı "MMC - Ünvan: Xırdalan şəhəri, H.Əliyev küçəsi

2.“Zəhmət-Ruzi” MMC-yə məxsus iri və xırda buynuzlu heyvanların kəsim məntəqəsi - Ünvan: Xırdalan şəhəri, Quşçuluq massivi, H.Əliyev küç. 38

3.Fiziki şəxs Rasim Rzaxanova məxsus heyvan kəsim məntəqəsi -Ünvan: Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi

4. Fiziki şəxs Rafiq Rüstəmova məxsus heyvan kəsim məntəqəsi - Ünvan: Abşeron rayonu,Məhəmmədli kəndi Mürvət Şirinov küç

Hazırda monitorinqlər davam edir və heyvan kəsimi normalarına cavab verən kəsim məntəqələri ilə bağlı məlumatlar mütəmadi olaraq siyahıya əlavə olunacaq.