Nikaha girmək istəyən 12 nəfərdə sifilis, 4-də QİÇS aşkarlandı

12 İyun, 2019 17:39 | Sosial | Baxış sayı: 41
Toy
Toy

4 ildə 500 nəfər təzəbəydə QİÇS aşkarlanıb

“Bu ilin may ayı ərzində nikaha daxil olmaq üçün 13062 nəfər müayinədən keçib”.

İstiPress-in məlumatına görə, bunu Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib.

Z.Əlimirzəyeva bildirib ki, onlardan 382 nəfərdə talassemiya daşıyıcılığı, 12 nəfərdə sifilis, 4 şəxsdə isə QİÇS aşkarlanıb: "Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 4 olub".

İnstitut direktorunun sözlərinə görə, 2015-ci ildən indiyədək 555100 nəfərdə qan müayinəsi aparılıb: “19635 cütlükdən birində talassemiya daşıyıcılığı, 1789 cütlüyün hər ikisində daşıyıcılıq aşkarlanıb. Bu müddət ərzində 1789 nəfərdə sifilis, 500 nəfərdə HİV(QİÇS) qeydə alınıb".