Gənc qadın Bakıda çimərlikdə itkin düşdü

12 İyun, 2019 15:51 | Sosial | Baxış sayı: 83
Çimərlik
Çimərlik

Əri polisə müraciət edib

Bakıda gənc qadın itkin düşüb.

İstiPress-in məlumatına görə, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, H.Z.Tağıyev küçəsində yaşayan Vəliyev Niyazi Alı oğlu polisə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan həyat yoldaşı, 1993-cü il təvəllüdlü Yarıyeva Pərvanə Firudin qızı iyunun 7-də səhər saat 9 radələrində yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıb.

Məlumatda bildirilir ki, P.Yarıyeva həmin gün Sabunçu rayonu, Pirşağı qəsəbəsi, "Qızıl Qum" çimərliyində olub.

Faktla bağlı araşdırma aparılır.