Gənc oğlan tutdan zəhərləndi

12 İyun, 2019 18:35 | Sosial | Baxış sayı: 101
Təcili yardım maşını
Təcili yardım maşını

Hazırda xəstə həkim nəzarəti altında saxlanılır

Şamaxı rayonunda zəhərlənmə hadisəsi olub.

İstiPress-in məlumatına görə, rayon sakini, 25 yaşlı Fəzail Şıxəli oğlu Binyətov öz həyətində tut yeyərkən zəhərlənib.

O, Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və həkimlərin müdaxiləsindən sonra vəziyyəti normallaşıb. Hazırda xəstə həkim nəzarəti altında saxlanılır. 

Faktla bağlı araşdırma aparılır.