"Təhsil haqqında" qanuna dəyişikliklər edilib

12 İyun, 2018 14:59 | Sosial | Baxış sayı: 172
Şagirdlər
Şagirdlər

Milli Məclisin iclasında "Təhsil haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.

İstiPress-in məlumatına görə, layihə barədə Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verib.

Layihədə pedaqoji fəaliyyətin tənzimlənməsi, təhsilverənlərin əmək münasibətləri və sair məsələlər yer alıb. Bununla bağlı Əmək Məcəlləsinə də müvafiq dəyişikliklər təklif edilib.

Layihələr ayrılıqda səsə qoyularaq qəbul olunub.