Epidemiya nəticəsində ölənlərin sayı 923-ə çatdı

12 İyun, 2017 18:52 | Sosial | Baxış sayı: 90

124 min insanın xəstəliyə yoluxduğu ehtimal edilir

Yəməndə vəba epidemiyası nəticəsində ölənlərin sayı 923-ə çatıb.

İstiPress "Anadolu"ya istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı ümumilikdə 124 mindən çox insanın xəstəliyə yoluxduğunu ehtimal edir.

Qeyd edək ki, vəba ölüm riski yüksək olan və güclü zəhərlənmə, qusma, ishal, orqanizmin kəskin susuzlaşması və nazik bağırsağın zədələnməsi ilə xarakterizə olunan ağır xəstəlikdir.