Bu gündən kolleclərə sənəd qəbulu başlayır

12 May, 2020 11:15 | Sosial | Baxış sayı: 24
Qəbul imtahanı
Qəbul imtahanı

4 000 abituriyent mütləq buraxılış imtahanının II mərhələsində iştirak etməlidir

Bu gündən tam (11 illik) orta təhsil bazasında kolleclərə sənəd qəbulu başlayır.

İstiPress-in məlumatına görə, sənəd qəbulu onlayn şəkildə 12 may - 5 iyun tarixlərində təşkil ediləcək.

Ümumi (9-cu sinif) orta təhsil bazasında kolleclərə qəbul isə yalnız buraxılış imtahanlarının II mərhələsinin nəticəsi əsasında aparılacaq.

Bu il 19 mindən artıq abituriyent kolleclərə qəbul olmaq üçün ərizəsini təsdiq edib, onlardan martın 1-də keçirilən buraxılış imtahanında (I mərhələ) iştirak edən 4 000 abituriyent müsabiqəyə qatılmaq üçün mütləq buraxılış imtahanının II mərhələsində iştirak etməlidirlər.