Bakıda polis naryadlarının sayı artırılıb - FOTO

12 May, 2020 14:54 | Sosial | Baxış sayı: 105

Tibbi maska, əlcəkl və icazə sənədlərinin olub-olmadığını yoxlayırlar

“Paytaxt ərazisində xidmət aparmaq üçün əlavə patrul naryadları cəlb edilib”.

İstiPress-in məlumatına görə, bu barədə Nəsimi Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin rəisi, polis mayoru Elçin İsgəndərov bildirib.

O qeyd edib ki, Bakının məhəllələrarası və küçələrdə olan xidmətlər əvvəlki günlərdəki kimi davam etdirilir:

“Xüsusi ilə patrul naryadlarının sayı Daxili İşlər Nazirliyi Daxili Qoşunların hərbi qulluqçularının sayı avtobus dayanacaqlarında, metro girişlərində, bankların və poçt xidmətlərinin qarşısında artırılaraq, sosial izolyasiyaya əməl edilməsi üçün vətəndaşlarla profilaktik söhbətlər gücləndirilib”.

E.İsgəndərov qeyd edib ki, xidmət aparan naryadlar vətəndaşların tibbi maskasının, əlcəklərinin və icazə sənədlərinin olub-olmadığını yoxlayır.