Bakıda karantin postlarının sayı kəskin azaldılıb

12 May, 2020 10:26 | Sosial | Baxış sayı: 77
Karantin
Karantin

Hazırda paytaxt ərazisində 18 yerdə yoxlama aparılır

Bakı şəhərində xüsusi karantin rejiminə görə yoxlama postlarının sayı kəskin dərəcədə azaldılıb.

IstiPress-in məlumatına görə, bu gün səhər saatlarından başlayaraq sürücülərin postlarda yoxlanılması üçün quraşdırılan postlar yığışdırılıb. Məlumata görə, dünənə kimi şəhər ərazisində 70 yerdə post quraşdırılıbmış. Bu gün isə onların 58-i götürülüb və hazırda paytaxt ərazisində 18 yerdə yoxlama aparılır.

Polis əməkdaşları bundan sonra daha çox piyadaların yoxlanılmasına üstünlük verəcəklər.