Bakı Metropoliteninə giriş məhdudlaşdırılıb

12 May, 2020 10:37 | Sosial | Baxış sayı: 87
Metro karantin dövründə
Metro karantin dövründə

Fasilə 2 saata qədər davam edib

Bu gün səhər saatlarından Bakı Metropoliteninin stansiyalarına giriş məhdudlaşdırılıb.

İstiPress-in məlumatına görə, sərnişinlər metronun stansiyalarına buraxılmayıb. 

Polis əməkdaşları bunun texniki məsələ ilə əlaqədar olduğunu bildiriblər. Məlumata görə, texniki fasilə 2 saata qədər davam edəcək.  

“Bakı Metropoliteni”nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, metroda gecə işlərini başa vurduqdan sonra xətti tərk edən sonuncu təsərrüfat qatarında texniki nasazlıq yaranıb. "Nasazlıq aradan qaldırıldıqdan sonra Bakı Metropoliteninin xətləri təlimat tələblərinə uyğun olaraq təkrarən yoxlanıldıqdan sonra elektrik qatarları xəttə buraxılıb və stansiyalar 08:00-dan sərnişinlərin girişinə açılıb", - deyə o bildirib.

Qeyd edək ki, yeni növ koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar Azərbaycan Respublikası ərazisində tətbiq olunan xüsusi karantin rejiminin mərhələli yumşalma planına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Bakı Metropoliteninin fəaliyyəti 38 günlük fasiədən sonra mayın 9-da, saat 06:00-dan etibarən bərpa edib.