Xaçmazda Saatlar qülləsi quruldu

12 May, 2019 11:25 | Sosial | Baxış sayı: 202
Saatlar qülləsi
Saatlar qülləsi

8 mərtəbəli qüllədə Moskvadan gətirilmiş 4 saat quraşdırılıb

Xaçmaz şəhərində böyük Azərbaycan şairi İmaməddin Nəsiminin və 35 metr hündürlüyü olan Saatlar qülləsinin açılışı olub. İstiPress-in Şsmal bürsounun məlumatına görə, açılış mərasimində iştirak edən Şəmsəddin Xanbabayev ideya  müəllifi olduğu yeni qüllənin və abidənin şəhərin giriş hissəsində yerləşən Çənlibel parkında qoyulmasının təsadüfi olmadığını bildirib:

"Şəhərimizə gələn turistlər və sakinlərimiz bundan sonra  unikal saat qülləsinin şahidi olacaqlar. Qüllə bura gələnlərə xoş təəssürat yaradacaq".

8 mərtəbəli Saatlar qülləsində uşaq əyləncə mərkəzi və müşahidə məntəqəsi olacaq. Qüllənin hər birinin sahəsi 100 kvarat metr sahəsi olan ilk 4 mərtəbəsi uşaqların ixtiyarına veriləcək. Yuxarı mərtəbələrdə isə quraşdırılan xüsusi durbinlər vasitəsilə şəhərin hər yerini müşahidə etmək mümkün olacaq. Qüllənin baş hissəsində Moskvadan gətirilmiş 4 saat quraşdırılıb ki, bunlar da hər saatda vaxtı bildirən musiqi ilə ətrafa yayılacaq.

Saatlar qülləsinin qarşısında isə  bu il 650 illiyi  qeyd edilən İmaməddin Nəsiminin abidəsi qoyulub.