Leysanlar çaylardakı vəziyyəti dəyişdi

12 May, 2019 15:31 | Sosial | Baxış sayı: 76
Dağ çayı
Dağ çayı

Balakən-Şəki ərazisindən axan çaylarda sululuğun artımı müşahidə olunub

Çaylarda suyun səviyyəsi dəyişib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, ötən günlər ərzində yağan yağışlar nəticəsində respublikanın çaylarında, xüsusən də Balakən-Şəki ərazisindən axan çaylarda sululuğun artımı müşahidə olunub. Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan az olmaqla normanın 70, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 60-90, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan çox olmaqla 150-180 faizini təşkil edib.

Yağan yağışla əlaqədar Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 34, Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 14 sm, Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 39 sm artım müşahidə olunub. 

Kür çayının aşağı axınında vəziyyətə gəlincə, Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 13 sm azalaraq 472 sm təşkil edib. Bu rəqəm 2018-ci il mayın 06-da isə 330 sm olub.