İş üçün imtahan verənlərin cavabları bilindi

12 May, 2019 14:36 | Sosial | Baxış sayı: 45
İmtahan zamanı
İmtahan zamanı

165 namizəd müsabiqənin ikinci mərhələsinə buraxılıb

Dövlət İmtahan Mərkəzinin (DİM) Ədliyyə Nazirliyi ilə birlikdə Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanının nəticələri açıqlanıb.

DİM-dən bildirilib ki, imtahanın nəticələri bu gün saat 14:07-dən etibarən mərkəzin internet saytında yerləşdirilib.

İmtahanda iştirak üçün namizədliyi qeydə alınmış 384 nəfərdən 83-ü imtahana gəlməyib. 55 və daha çox bal toplamış 165 namizəd müsabiqənin ikinci mərhələsinə – müsahibəyə buraxılıb.