Bakının mərkəzi küçələrinə avtomobil buraxılmayacaq

12 May, 2018 15:51 | Sosial | Baxış sayı: 134
Yol Polisi
Yol Polisi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2018” piyada marafonunun keçirilməsi ilə əlaqədar Bakı şəhərinin bir sıra küçə və prospektlərində avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.

İstiPress-in məlumatına görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, marafon iştirakçılarının təhlükəsiz və fasiləsiz hərəkətinin təşkili məqsədilə mayın 13-də saat 09:00-dan 15:00-dək Bayraq meydanından başlayaraq Azneft dairəsi istiqamətinə, Neftçilər prospekti, Yusif Səfərov, Qədirbəyov, Həsənoğlu küçələrində, eləcə də Xətai prospekti və Heydər Əliyev prospektinin ikinci yolu, şəhər istiqamətində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.

Qeyd edilən ünvanlar üzrə hərəkət etməyi düşünən avtomobil sahibləri və digər sürücülərdən xəbərdarlığı nəzərə almaları tövsiyə olunur.