Azərbaycanda bu qida əlavələrini qəti almayın - XƏBƏRDARLIQ

12 May, 2018 09:50 | Sosial | Baxış sayı: 530
Həddindən artıq dərman qəbul etdi
Həddindən artıq dərman qəbul etdi

Səhiyyə Nazirliyi təhlükəli pereparatların adlarını açıqladı

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) bioloji fəallığa malik qida əlavələrinin (BFMQƏ) ekspertizasını həyata keçirir. Martın 1-dən Mərkəzə ekspertiza üçün 334 müraciət daxil olub, onlardan 61-i mənfi rəy alıb.

Xatırladaq ki, mənfi rəy iki halda verilir: 

1.  Aparılan ekspertiza nəticəsində BFMQƏ-nin dərman vasitəsi ilə eyni tərkibdə olması aşkarlanarsa. Doza, onun gündəlik istehlakının yuxarı yol verilən həddini bir neçə dəfə aşırsa (23 noyabr 2016-ci ildən olan “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 14-1.2.  maddəsində deyilib ki, bioloji fəallığa malik qida əlavələri dərman vasitəsi ilə eyni tərkibli ola bilməz).
2. Məhsulun hazırlanma texnologiyası, onun təhlükəsizliyi, etibarlılığı və keyfiyyəti şübhə doğurarsa, onun istifadə edilməsi insan orqanizmi üçün təhlükə daşıyarsa və müvafiq qaydada məhv edilməsi  məqsədə uyğun olarsa . Təqdim olunan normativ sənədlərdə verilən tərkiblə qablaşma və istifadə üzrə təlimatda göstərilən tərkib uyğunlaşmadıqda.

Mənfi rəy alan BFMQƏ-in adları da təqdim edilib. nazirlik əhalini diqqətli olmağa çağırıb. 
Vətəndaşlar tərəfindən edilən müraciətlər bu cür halların üzə çıxarılmasında və qarşısının alınmasında əhəmiyyətli rol oynayır. Bunun üçün əhalidən bu preparatlara rast gəldikləri təqdirdə AEM-in qaynar xətt xidmətinə ((+99412) 596 07 12, (+99412) 594-57-27, (+99412) 594-57-37)) məlumat vermələri xahiş olunur!

İSTEHSALÇI ŞİRKƏT VƏ PREPARATIN ADI
IOULIA AND IRENE TSETI Pharmaceutical Laboratories S.A. (d.t. INTERMED S.A.), Yunanıstan
1.    EVA - MUKOSİS / EVA - MYCOSIS (vaginal şam №10)
Maximum Sağlık Ürünleri San Tic Ltd Şti, Türkiyə 
2.    EDOM (kapsul, №30)
3.    OSTEOFORCE (sirop, 150 ml №1)
4.    OSTEOFORCE (tablet, №30)
5.    REV-500 (tablet, №40)
6.    SAKURA (tablet, №60)
Fortex Nutraceuticals Ltd, Bolqarıstan 
7.    AZAVIT (kapsul, №30)
GH Yıldız İlaç ve Kozmetic San Tic Ltd Şti, Türkiyə  
8.    ASFOR (tablet, №30)
9.    DETRIVI (damcı, 30 ml)
10.    ESTİFER (kapsul, №60)
11.    GİLBERA (şərbət, 150 ml)
12.    LİBİMAKS (kapsul, №60)
13.    OFTALGIN (steril məhlul, 50q)
14.    ORGENZYME (kapsul, №30)
15.    POİNVİV (gel 50q)
16.    VİTAZİM (kapsul N 20)
17.    XONDROKOL / CHONDROCOL (kapsul N 30, 60)
 Pharco Pharmaceuticals, Misir 
18.    NEFROHERB (kapsul №36)
Esensa, Serbiya  
19.    EXPULMO (şərbət, 150 q №1)
Gricar Chemical SRL, İtaliya 
20.    SEREBROVİN KİDS (şərbət150ml) 
21.    VENOLAST (tablet № 45)
Fitofarm Plus Doo, Makedonoya 
22.    GABAMIT (örtüklü tablet, №50)
23.    GYNECREAM (krem 45 ml)
24.    ZABOLEX (diş damcıları, 5 ml) 
25.    ANARECT (rektal suppozitoriya №10) 
Antibiotice SA, Rumıniya 
26.    FLUXİV (örtüklü tablet №60)
Pharmex Rom İndustry, Rumıniya 
27.    BREYNAVİT (şərbət, 150 ml)
28.    DEKASTOP (sirop, 100 ml)
29.    GABA FORT PLUS (örtüklü tablet, № 60)
30.    MEDASED KIDS (oral məhlul, 150 ml)
31.    NEUROVİN (kapsullar, №30)
Koç İlaç Ltd Şti, Türkiyə  
32.    DEMİKALSİN / DEMICALCIN (tablet, №30)                
33.    DEMİKALSİN / DEMICALCIN (şərbət, 200ml)
34.    FERRIUS (damcı, 30 ml)
35.    K- Elixir (damcı, 30 ml)
36.    KIDAKTIVIT (şərbət, 120 ml)
37.    L- Elixir (damcı, 30 ml)
38.    SEDALİN FORTE (kapsul, №30)
39.    SPEKTRUM PRENATAL (tablet, №30)
GRİDA QSC, Litva 
40.    EYFARİON (tab. No.30)
41. SİMONEL (tab. No.30)
S.İ.İ.T. SRL, İtaliya 
42. FLOGAR C toz, 4 g №14
Argis İlaç San ve Tic Ltd Şti, Türkiyə 
43.    GLUKOFLEKS (saşe №30)
Medicure İlaç San ve Tic Ltd Şti, Türkiyə 
44.    HARMA-L (damcı 30 ml)
Deva Ticaret, Türkiyə 
45.    HELON FORTE (həb N30)
46.    LEOBİN-R (şərbət 100 ml)
47.    OTAS (qulaq damcısı, 15 ml)
48.    PELARGO (sirop, 100 ml)
49.    VERAZOL (şərbət, 100 ml №1)
50.    VERAZOL (tablet №28)
PJSC Vitaminy, Ukrayna 
51.    İMPRATON (şərbət 130 q)
52.    MEFANAR (şərbət 130 q)
Zeyus Gida Takviyeleri Karışım Ürünleri, Türkiyə  
53.    LEVİTON (kapsul, №30)
OFİ, İtaliya 
54.    NOCHE (damcı, 50 ml)
BİON Corporation Ltd, İngiltərə 
55.    NONFLAT DROPS (damcı 30 ml)
Neutec İlaç San Tic A.Ş., Türkiyə 
56.    OSTEOFUL/CALCİMAX- D3 (fışıldayan tablet N 30)
Amriya Pharmaceutical İndustrial, Misir 
57.    PANCRİZİN (tablet №30)
Biodue SpA, İtaliya 
58.    SİTOZİN FORTE (tablet No.20)
Evrensel Kozmetik Sanayi ve Tic A.Ş., Türkiyə 
59.    SUDOREF (krem, 30q)
UNİCEM LABORATORİES LTD, Hindistan 
60.    UNIENZYME (tablet, №20)
Krasota i Zdorovye, Ukrayna 
61.    XAFİSAN (tablet, №30)