Dəhşətli virus qayıtdı: 3 ölü

12 May, 2017 19:21 | Sosial | Baxış sayı: 402

ÜST xəbərdarlıq edib

Konqo Demokratik Respublikasının şimal-şərq hissəsində Ebola epidemiyası elan edilib.

Bu haqda Ümumdünya Səhiyyə Təşkilatının bəyanatına istinadən AFP agentliyi bildirib. Bildirilir ki, Ebola virusu üç nəfərin həyatına son qoyub. Ölkədə Ebola virusu son olaraq 2014-cü ildə qeydə alınmışdı. Həmin vaxt xəstəlikdən 49 insan ölmüşdü.