Bakıda 15 avtobusla bağlı dəyişiklik

12 Aprel, 2019 13:39 | Sosial | Baxış sayı: 164
Dayanacaq
Dayanacaq

Avtobuslar üçün yeni dayanacaq məntəqəsi yaradıldı

Bakıda fəaliyyət göstərən 15 avtobus xəttinin son dayanacaq məntəqəsi dəyişir. Bakı Nəqliyyat Agnetliyindən bu barədə məlumat verilib.

Məlumata görə, 2, 14, 13, 7a, 158, 142, 130, 59, 37, 96, 91, 29, 117, 83, 67 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların son dayanacaq məntəqəsi dəyişdirilib.

Avtobuslar 13.04.2019 tarixindən Avtovağzal Kompleksində şəhərdaxili nəqliyyat vasitələri üçün yaradılan dayanacaq məntəqəsində sərnişinlərimizin xidmətində olacaq.