Azərbaycanda həkim yad cismi xəstənin qarnında unudub - FOTO

12 Aprel, 2019 20:22 | Sosial | Baxış sayı: 142

Qeysəriyyə əməliyyatından sonra qarın nahiyəsindəki küt ağrılardan əziyyət çəkib

Azərbaycanda həkim yad cismi xəstənin qarnında unudub. 

İstiPress-in "report"un Qarabağ mərkəzinə istinadən məlumatına görə, hadisə Bərdə rayonunda qeydə alınıb. 

Belə ki, ötən ilin sentyabrında Bərdə Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində qeysəriyyə əməliyyatı edilən rayon sakini Günay Əsədli son aylar qarın nahiyəsindəki küt ağrılardan əziyyət çəkib. Bu səbəbdən Bakı şəhərində yerləşən özəl xəstəxanalardan birində müayinədən keçib. Bu zaman qadının daxilində tənzif parçasının qaldığı məlum olub. G.Əsədliyə həmin yad cismin uzun müddət orada qaldığından çürüyərək orqanizminə mənfi təsir göstərdiyi və ona təcili olaraq yenidən əməliyyat olunması tövsiyə edilib.