Nazir 35 yaşlı fəlsəfə doktorunu prorektor təyin etdi

12 Aprel, 2018 16:55 | Sosial | Baxış sayı: 202
Anar Eminov
Anar Eminov

Azərbaycan Turizm və Menecment Universitetinə yeni prorektor təyin edilib.

İstiPress-in məlumatına görə, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin əmri ilə Anar Nazim oğlu Eminov işini bundan sonra universitetin Elm və İnkişaf məsələləri üzrə prorektoru kimi davam etdirəcək.

Qeyd edək ki, 35 yaşlı Anar Eminov buna qədər ATMU-da müəllim, baş müəllim, kafedra müdiri, dosent kimi çalışıb. 

A. Eminov iqtisad elmləri üzrə fəlsəfə doktorudur. O, artıq yeni prorektor kimi kollektivə təqdim edilib.