Dörd il əvvəl ölmüş valideynlərin övladı dünyaya gəlib

12 Aprel, 2018 18:07 | Sosial | Baxış sayı: 231
Doğuş zamanı
Doğuş zamanı

Çində 2014-cü ildə avtomobil qəzasında həlak olmuş ər-arvadın uşağı dünyaya gəlib.

İstiPress-in məlumatına görə, “The Beijing News” nəşrinə istinadən xəbər verir ki, uşağı surroqat ana dünyaya gətirib.

Mənbə bildirir ki, çinli ailə hələ sağ ikən ekstrakorporal (bədəndən xaric) mayalanma (EKO) yolu ilə uşaq dünyaya gətirmək məqsədilə bir neçə embrionu dondurubmuş. Ailə məhkəmə yolu ilə embrionlardan istifadə etməyi planlaşdırıbmış. Presedent olmadığı üçün məhkəmə işi uzanıb.

Cütlük qəzaya düşüb həlak olduğu vaxt embrionlar Nankin şəhərinin xəstəxanasında saxlanılıb. Yalnız ölümlərindən sonra məhkəmə ər-arvadın EKO üsulu ilə valideyn olmaq hüquqlarını tanıyıb. Bundan sonra bir laoslu qadın həmin uşağa surroqat ana olmağa razılıq verib.

Uşağın valideynləri sağ olmadığı üçün onun kimliyi babalarının və nənələrinin DNT testinin nəticələri əldə olunduqdan sonra müəyyənləşdirilib. Oğlana Tyantyan adı verilib.