Şeyxülislam "Sovetski"də sökülən məsciddən danışdı

12 Aprel, 2017 11:38 | Sosial | Baxış sayı: 300
 Hacı Cavad məscidi
Hacı Cavad məscidi

"Məscidin sökülməsinə tərəfdar deyiləm"

"Mən bir din xadimi olaraq hər hansı məscidin sökülməsinə tərəfdar deyiləm". Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Bakının "Sovetski' ərazisində "Qulubəyov" və "Hacı Cavad" məscidlərinin sökülməsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, sökülməsi nəzərdə tutulan məscidlərin heç biri QMİ-də qeydiyyatdan keçməyib.

İstiPress-in məlumatına görə, bu gün Yasamalda "Sovetski" adlanan ərazidə yerləşən Hacı Cavad məscidinin sökülməsi üçün ətrafına ağır texnika və polis əməkdaşları cəlb edilib. Məscidin söküntüsü ərazidə yaşayan sakinlərin böyük narazılığı ilə müşahidə olunur. Söküntüyə etiraz edənlər arasında qadınlar da var.

"Sovetski"nin bir qrup  kişi sakinləri məscidin birinci, qadınlar isə ikinci mərtəbəsinə daxil olaraq, onun söküntüsünün qarşısını almağa çalışırlar. Məlumata görə, bir neçə nəfər polis tərəfindən saxlanılıb.