Azərbaycanda dərs ili uzadıldı - universitetlərdə

12 Mart, 2020 12:13 | Sosial | Baxış sayı: 1900
Təhsil Nazirliyi
Təhsil Nazirliyi

Ali məktəbdə oxuyanlar iyunun 15-dək dərsə gedəcəklər

Təhsil Nazirliyi Azərbaycan ali məktəblərində dərs ilinin uzadılması haqda qərar verib. Ali məktəblərdə tədris ilinin müddəti 15 gün uzadılıb.

Bu barədə Təhsil nazirinin müavini Firudun Qurbanov əmr imzalayıb.

Əmrdə qeyd edilib ki, buraxılış kursları istinsta olmaqla, digər tələbələrin dərsləri martın 27-də başlayacaq və mövcud akademik təqvimlə müəyyən edildiyi kimi mayın 30-dək deyil, iyunun 15-dək davam etdiriləcək. 

Xatırladaq ki, ölkədə koronavirus təhlükəsi ilə əlaqədar bütün tədris ocaqlarında mart ayının 27-dək tətiul elan edilib.