Deputat uşaq pulundan danışdı: "... varlı-kasıb hamıya verilməlidir"

12 Mart, 2019 09:39 | Sosial | Baxış sayı: 410
Hadı Rəcəbli - millət vəkili
Hadı Rəcəbli - millət vəkili

Hadi Rəcəbli uşaqlara görə ailələrə pul verilıməsinə etiraz etdi

"Bu gün 18 yaşadək olanlar üçün uşaqpulunun bərpası gündəmdə deyil". İstiPress-in modern.az-a istinadla verdiyi məlumata görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib. 

Deputataın sözlərinə görə, ünvanlı yardımın uşaqpulu ilə əvəz olunması mexanizmini üzərində iş getmir.  "Bildiyiniz kimi, mən hər dəfə parlamentin iclaslarında 3 yaşadək uşaqlar üçün uşaqpulunun artırılması təkliflərini səsləndirmişəm. Və hər zaman dediyim odur ki, 4 və daha çox övladı olanlar çoxuşaqlı hesab olunsunlar. 

Prezident çoxuşaqlı ailələrələ müavinət ayırdı, I qrup əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50 manat veriləcək. Uşaqpulu ilə bağlı bəzi məsələlər var”.

H.Rəcəbli bildirib ki, 18 yaşadək bütün təbəqələrdən olan uşaqlara uşaqpulu verilməsi doğru deyil: “Bu belə ola bilməz. Uşaqpulu bərpa olunsa, varlı-kasıb hamıya bu müavinət verilməlidir. Axı aztəminatlı ailə ilə imkanlı ailəni bir tutmaq olmaz, dünyada belə texnologiya yoxdur. 

3 yaşadək uşaqlara görə uşaqpulu verilə bilər, doğuşa görə birdəfəlik müavinət verilir. Amma bunu 18 yaşadək bütün təbəqələrdən olan uşaqlara şamil etmək olmaz”.

Xatırladaq ki, İqtisadi və Sosial İnkişaf Mərkəzi uşaqpulunun bərpası üçün hökumətə təklif göndərib. İstiPress-in məlumatına görə, mərkəzin rəhbəri Vüqar Bayramov bildirib ki, təklif edilən mexanizmə görə, uşaqpulunun məbləği üç yaş qruplarına görə müəyyənləşdirilir:

“3 yaşınadək uşaqlara aylıq 80 manat ödənilməsini təklif edirik. 
Digər differensial uşaqpulu məbləği 4 yaşdan məktəb yaşınadək olan uşqaları əhatə edir. Həmin uşaqlar üçün ayda 50 manat ödənilməsini təklif edirik. Digər uşaqpulu ödəniləcək qrup məktəblilərdir. Bu yaşda olanlar üçün aylıq 40 manat ödənilməsi mümkündür".