Sürücülərin nəzərinə - Bakıda bu yollarda sürət azaldıldı

12 Mart, 2018 12:35 | Sosial | Baxış sayı: 67
Sürət həddi azaldılan yol
Sürət həddi azaldılan yol

Səbəb sürüşkən yollardır

Yağışlı havaya görə Bakının iki əsas yolunda dəyişiklik edildi. bakı Nəqliyyat Agentliyindən İstiPress-ə verilən məlumata görə, martın 11-i axşam saatlarından başlayaraq müşahidə edilən yağışlı hava ilə əlaqədar olaraq, paytaxtın iki əsas avtomagistralı - Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Eyni zamanda elektron lövhələrə "Sürüşkən Yol" işarəsi qoyulub. Məqsəd, yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə tövsiyə edilir ki, yollardakı sürət həddinə əməl etsinlər.