Sabah qar qayıdır

12 Fevral, 2020 13:26 | Sosial | Baxış sayı: 3965
Qarlı hava
Qarlı hava

Axşam buludluluğun artacağı gözlənilir

Sabah hava mülayimləşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3, gündüz 7-11, Bakıda gecə 0-2, gündüz 9-11 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək, gündüz  9-14 dərəcə isti, dağlarda gecə 7-12, gündüz 0-5 dərəcə şaxta olacaq.  

Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.