Bu ildən I sinfə qəbul belə olacaq

12 Fevral, 2020 11:01 | Sosial | Baxış sayı: 336
Birinci sinif
Birinci sinif

Uşaqların tələb ediləcək sənədləri

"Cari ildən başlayaraq dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına və I sinfinə qəbul Azərbaycan vətəndaşı olan uşaqlar üçün mütləq olaraq şəxsiyyət vəsiqəsi, xarici ölkə vətəndaşları üçün xarici pasport, vətəndaşlığı olmayanlar üçün miqrasiya vəsiqəsi əsasında həyata keçiriləcək".

Bu barədə Təhsil Nazirliyinin “Telegram” səhifəsində bildirilib.

Azərbaycan Prezidentinin müvafiq fərmanına əsasən, dövlət informasiya sistemlərində məlumat mübadiləsi şəxsiyyət vəsiqələrinin fərdi identifikasiya nomrəsi (FİN) əsasında həyata keçirilməlidir.