Rusiya aeroportunda insident - 4 nəfər ağır yaralı var - VİDEO

12 Fevral, 2019 10:28 | Sosial | Baxış sayı: 83

Faktla bağlı cinayət işi açılıb

Risiyanın Barnaul şəhərinin hava limanında Barnaul-Moskva reysini həyata keçirən təyyarədə trap sərnişinlərin ayağı altında partlayıb dağılıb.

İstiPress-in “RİA Novosti”yə istinadən məlumatına görə, “Uralskie avialinii” aviaşirkətinə məxsus təyyarənin enişindən sonra baş vermiş hadisədə 6 sərnişin pilləkəndən yıxılıb. Onlardan 4 nəfər ağır yaralı halda xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb.