Bakıda yeni sərnişin - sürücü münaqişəsi - VİDEO

12 Fevral, 2018 17:20 | Sosial | Baxış sayı: 142
"Baku Bus" avtobusları
"Baku Bus" avtobusları

“BakuBus”a məxsus avtobusun sürücüsü ilə sərnişinlər arasında münaqişə yaranıb.

İstiPress-in məlumatına görə, bu barədə "BakuBus" MMC-nin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mənsur Piriyev öz "Facebook" səhiifəsində  yayıb.

Mənsur Piriyev  videogörüntü yaymaqla yanaşı yazılı bildirib ki, hadisə fevralın 8-də 5 saylı marşrut xətti üzrə hərəkət edən “BakuBus”a məxsus 99JX-221 dövlət qeydiyyat nişanlı avtobus Dəmir yolu vağzalı dayanacağına yaxınlaşarkən baş verib:

“Videogörüntüdən aydın olur ki, avtobusun hərəkət zolağına çıxan sərnişinlər öz həyatlarını təhlükəyə atmaqla yanaşı avtobusun dayanacağa daxil olmasına maneə yaradır, hətta bir sərnişin avtobusun onların üzərinə sürüldüyünü iddia edərək sürücünü təhqir edir. 

Bu cür hallar avtobusun sünü şəkildə dayanacaqda ləngiməsinə, öz zolağında hərəkət imkanlarını məhdudlaşdırmasına, sürücülərdə stress vəziyyətinin yaranması ilə yanaşı bədbəxt hadisələrə də gətirib çıxara bilər”.