Azərbaycandan Həccə getmək istəyənlərin gözlədiyi xəbər

12 Fevral, 2018 12:01 | Sosial | Baxış sayı: 166
Məkkə şəhərində Həcc ziyarətgahı
Məkkə şəhərində Həcc ziyarətgahı

Sənəd qəbulu başladı, amma...

Bu gündən Azərbaycanda bu ilki Həcc ziyarəti ilə bağlı sənədlərin qəbuluna start verilir. Fevralın 12-dən Həcc ziyarətində iştirak etmək istəyən zəvvarlar Qafqaz Müsəlmanları İdarəsinə (QMi) pasport (biometrik), şəxsiyyət vəsiqəsinin surəti, 4Х6 ölçülü 4 ədəd şəkil (qadınlar başı örtülü), sağlamlıq haqqında arayışı təqdim etməlidirlər.

Eyni zamanda bu ilki Həcc ziyarətinin qiyməti də məlum olub. Bu il ötənilki kimi iki variantda deyil, bir varianta həcc ziyarəti üçün qiymət müəyyənləşib. Həcc ziyarətinin qiyməti 4150 dollardır.

Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarlar üçün ayrılan yerlərin sayı məlum olub. İstiPress-in APA-ya istinadla verdiyi məlumata görə, bu il Azərbaycanda Həccə 600 zəvvar gedə biləcək. Bu, indiyə qədər Azərbaycandan Həcc ziyarəti üçün ayrılan ən az kvotadır.

2017-ci ildə Azərbaycandan Həccə 900 zəvvar getmişdi.