Bazar günü qar-yağış yağacaq

12 Yanvar, 2019 13:21 | Sosial | Baxış sayı: 164
Yağışlı hava
Yağışlı hava

Bakıda temperatur 0 dərəcəyə düşəcək

Bazar günü Azərbaycanda müşahidə olunacaq hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecəyə doğru yağış yağacağı ehtimalı var. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 0-2° isti, gündüz 8-11° isti, Bakıda gecə 0-2°, gündüz 8-10° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 13-də hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 4-8° isti təşkil edəcək.