Bakıya 600 avtobus gətiriləcək

12 Yanvar, 2019 15:30 | Sosial | Baxış sayı: 115
“BakuBus” avtobusları
“BakuBus” avtobusları

Prezident Gəncədən gürcüstana dördzolaqlı yol salınacağınında müjdəsini verib

"Bu il Bakıya 300 müasir avtobusun gətirilməsi nəzərdə tutulur, keçən il imzalanmış kontraktlara əsasən 300 avtobus da əlavə". Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında bu il paytaxda ümumilikdə 600 yeni avtobususn gətirələcəyini deyib.

"Beləliklə, həm vətəndaşların rahatlığı təmin ediləcək, həm də təhlükəsizlik baxımından əlbəttə ki, bunun böyük faydası var".

Dövlət başçısı bu il ən azı, hələlik ən azı 1000 kilometr yeni yol salınmasının nəzərdə tutulduğunu da deyib. Onların arasında əlbəttə ki, yüzlərlə kənd yolları var, eyni zamanda, magistral yolların tikintisinin davam etdirilməsi layihələri var, o cümlədən Astara-İran sərhədi yolu.

"Plana görə bu ilin sonunadək Astaradan İran sərhədinə qədər yeni dördzolaqlı yol çəkiləcək və beləliklə, yük maşınları Astara şəhərinə girmədən, vətəndaşları narahat etmədən sərhədə qədər gedə biləcək. Biz bu il yeni Sumqayıt-Rusiya sərhədi yolunun tikintisi üçün də böyük vəsait nəzərdə tutmuşuq. Bu, sahil boyu ilə Rusiya sərhədinə gedən tamamilə yeni bir yoldur. Beləliklə, həm Rusiya sərhədinə gedən ikinci yolumuz olacaq, eyni zamanda, çox keyfiyyətli yol olacaq.

Gəncədən Gürcüstan sərhədinə qədər ikizolaqlı yolu biz dörd zolağa genişləndirməliyik. Bu məqsədlər üçün də vəsait nəzərdə tutulub".