Bakıda bu avtobus marşrutlarını son dayanacağı dəyişdirildi

12 Yanvar, 2018 17:41 | Sosial | Baxış sayı: 339
Avtobus
Avtobus

Yanvarın 13-ü səhər saatlarından “Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzi sərnişinlərimizin istifadəsinə veriləcək.

İstiPress-in məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirib.

M.Ağayevin sözlərinə görə, bununla əlaqədar 100, 108, 123,134, 147, 155 (bu xətt yaxın vaxtlarda ləğv edilərək 108 nömrəli xəttə birləşdiriləcək) marşrut xətlərinin son dayanacaq məntəqəsi “Dərnəgül” NMM-nə köçürülüb.

“Nəzərdə tutulan fəaliyyət planına uyğun olaraq yaxın vaxtlarda 6,8, 45 və 71 nömrəli marşrut xətti üzrə də avtobusların “Dərnəgül” NMM-nə hərəkət etməsi təmin olunacaq”, - deyə M.Ağayev əlavə edib.