Azərbayacanda yaşlı kişi özünü qayalardan atdı

12 Yanvar, 2018 11:06 | Sosial | Baxış sayı: 199
Qayalıq ərazi
Qayalıq ərazi

Abgül Rəşudov yerindəcə ölüb

Qubada yaşlı kişi özünü öldürüb. İstiPress-in Şimal bürosunun məlumatına görə, hadisə rayonun Dağlı kəndində qeydə alınıb.

78 yaşlı Abgül Rəşudov evdə heç kimin olmamasından istifadə edərək qayalıq əraziyə gəlib. O, özünü hündürlüyü 100 metrdən çox olan qayalıqdan ataraq intihar edib.  Yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb. 

Hadisə yerində polis-prokurorluq əməkdaşları işləyib, meyit tibbi ekspertiza olunub. Rayon prokurorluğunda cinayət işi açılıb, ahıl kişinin hansı səbəbdən həyatına son qoyması barədə heç bir məlumat verilmir.